Dünya

Tramp: Ukrayna, Rusiya və ABŞ nümayəndələri Münhendə görüşəcək

14 fevral / 08:55 1 dəq
67ae716f8027d67ae716f8027e173948555167ae716f8027b67ae716f8027c
14 fevral / 08:55
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna və Rusiya nümayəndələri ilə görüşün baş tutacağını açıqlayıb.

Qerbxeber.com xəbər verir ki, o, bu barədə cümə axşamı Ağ Evdə jurnalistlərə açıqlaması zamanı məlumat verib.

“Sabah Münhendə görüş olacaq. Rusiya orada bizimlə birlikdə olacaq. Yeri gəlmişkən, Ukrayna da dəvətlidir. Kimin hansı ölkəni təmsil edəcəyindən əmin deyiləm. Amma onu bilirəm ki, orada Rusiya, Ukrayna və ABŞ-dən yüksək vəzifəli məmurlar iştirak edəcək”, – Tramp.

Qeyd edək ki, Rusiya 2022-ci ildən Münhen Təhlükəsizlik Konfransında iştirak etmir. Rusiya nümayəndələri də orada iştirak edəcəklərini hələ ki, rəsmi olaraq açıqlamayıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər