Dünya

Tramp Rutte görüşündə gərginlik-QALMAQAL

Bu gün / 21:36 1 dəq
Tramp rutte
Bu gün / 21:36
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp ilə NATO-nun baş katibi Mark Rütte arasında Ağ Evdə keçirilən görüş qalmaqallı atmosferdə baş tutub.

Bu barədə “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Tramp Rüttenin ünvanına sərt ifadələr işlədib və danışıqlar “təhqiramiz ifadələr axını” ilə müşayiət olunub. Avropalı rəsmi mənbələrdən biri görüşün uğursuz keçdiyini qeyd edib.

Qeyd olunur ki, Tramp bu görüşdən NATO-nun İranla bağlı münaqişədə iştirak etmək istəməməsini tənqid etmək üçün istifadə edib.

Bundan əvvəl Mark Rütte Trampın NATO müttəfiqlərindən narazı olduğunu bildirmişdi. O qeyd edib ki, alyansın bəzi üzvləri ABŞ-a dəstək vermədikləri üçün “sınaqdan keçə bilməyiblər”.

Tramp isə NATO-nun yalnız ciddi təzyiq altında qərar qəbul etdiyini iddia edib.

Paylaş
Burada sizin reklamınız ola bilər