Dünya

YENİLƏNİR Tramp: “Qəddar rejiminin təhdidlərini məhv edəcəyik”-İrana hücum

28 fevral / 11:52 1 dəq
Tehran iran
28 fevral / 11:52
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp İrana hücum əməliyyatı ilə bağlı açıqlama verib.

“İranda genişmiqyaslı hərbi əməliyyata başladıq, qəddar rejiminin təhdidlərini məhv edəcəyik”, – o bildirib.

-İrana hücum zamanı Təbriz şəhəri də hava zərbələrinə məruz qalıb.

Partlayışlar İranın qərbindəki Lorestan əyalətində də eşidilib.

***

İranın paytaxtı Tehrana hücum zamanı vurulan hədəflər: Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Ali rəhbəri Əli Xameneinin ofisi və Atom Enerjisi Təşkilatı.

ABŞ ordusu Yaxın Şərqdə yerləşən hərbi bazalardan qırıcı təyyarələr və təyyarədaşıyan gəmilərdən İrana hava hücumu həyata keçirir.

Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

“Reuters” də bildirib ki, ABŞ İrana hava və dənizdən zərbələr endirir.

Qeyd edək ki,İsrail ordusunun İrana qarşı başladığı hərbi əməliyyat “Yəhudanın Qalxanı” adlanır.

Paylaş
Burada sizin reklamınız ola bilər