Dünya

Tramp: Putin “dəliqanlı oğlandır”,Çoxlarını aldadıb

14 iyul / 22:17 1 dəq
Putin Tramp (1)
14 iyul / 22:17
Burada sizin reklamınız ola bilər

Mən Putinlə ədalətli müqavilə bağlamaq barədə çox danışıram. Mən hər dəfə telefonu qapayanda deyirəm: “Yaxşı, bu gözəl zəng idi”. Sonra onlar Kiyevə və ya başqa bir şəhərə raket atırlar və mən deyirəm qəribədir və bu, üç-dörd dəfə baş verəndə, bu söhbətlər heç bir məna kəsb etmir.

Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Putin “dəliqanlı oğlandır” və çox insanı və keçmiş prezidenti aldadıb.

“Danışmaq heç nə demək deyil. Siz hərəkətə keçməlisiniz. Nəticələrə çatmalısınız”, – Tramp qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər