Tramp: İranın 9 gəmisini vurmuşuq
Mənə indi məlumat verildi ki, biz İranın doqquz hərbi gəmisini məhv edib batırmışıq, onlardan bəziləri nisbətən böyük və əhəmiyyətli idi.
Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
“Qalanlarını da məhv edəcəyik — onlar tezliklə dənizin dibinə gedəcəklər”, – deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.




