Tramp: Deyəsən bunu etməyə məcbur olacam
“Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə eyni otaqda olmalı olacağam”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Deyəsən, onlarla eyni otaqda oturmaq məcburiyyətində qalacağam, çünki onlar təklikdə bir otaqda birlikdə otura bilməzlər”, – Amerika lideri qeyd edib.
Tramp bununla Rusiya və Ukrayna liderləri arasında gözlənilən görüşün onun da iştirakı ilə üçtərəfli olacağını bəyan edib.




