Dünya

Tramp Ciddədə baş tutacaq ABŞ-Ukrayna görüşünün yaxşı nəticələnəcəyinə ümid edir

10 mart / 09:09 1 dəq
67ce53871995f67ce538719960174157504767ce53871995d67ce53871995e
10 mart / 09:09
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan sonra yaxşı nəticələr əldə olunacağına inanır.

Qerbxeber.com xəbər verib ki, bu haqda o Ağ Evin mətbuat xidmətinin əməkdaşlarına açıqlaması zamanı danışıb.

“Düşünürəm ki, bu həftə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdən kifayət qədər yaxşı nəticələr görəcəksiniz”, o bildirib.

Tramp həmçinin əlavə edib ki, o, Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş gözləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər