Tramp: Biz Ukraynaya silah göndərəcəyik,onlar çox əziyyət çəkiblər
“Biz Ukraynaya bir az da silah göndərəcəyik.”
Qerbxeber.com APA xəbər verir ki, bu sözü ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.
“Biz bunu etməliyik, çünki onlar çox əziyyət çəkiblər. Bu qədər insan ölür”, – ABŞ prezidenti deyib.
O həmçinin Putinin müharibəni saxlamamasından məyus olduğunu deyib.




