Dünya

Tramp Aİ və NATO rəhbərlərinə Putinlə görüşü barədə məlumat verib

16 avqust / 14:51 1 dəq
Tramp yeni1
16 avqust / 14:51
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Avropa İttifaqı və NATO liderləri ilə telefonla danışıb.

Qerbxeber.com  bildirir ki, bu  barədə APA Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına əsasən xəbər yayıb.

Tramp Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen və NATO-nun baş katibi Mark Rutteyə Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüşün nəticələri barədə məlumat verib.

“Prezident Tramp Ursula fon der Lyeyen, Avropa liderləri və NATO-nun baş katibi ilə telefon danışığı aparıb”, – məlumatda deyilir.

Ağ Evdən bildirilib ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb. ABŞ lideri ukraynalı həmkarını danışıqların nəticələri barədə məlumatlandırıb. Tramp Zelenskini avqustun 18-də Vaşinqtona səfərə dəvət edib.

Paylaş
Burada sizin reklamınız ola bilər