Dünya

Tramp: ABŞ “Qızıl Qübbə” raketdən müdafiə sistemi qurmalıdır

5 mart / 08:59 1 dəq
67c7cafe1d6c067c7cafe1d6c1174114687867c7cafe1d6be67c7cafe1d6bf
5 mart / 08:59
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp “gələcəyin ən güclü ordusunu” qurmaq istədiyini açıqlayıb.

“Mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-də istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə sisteminin maliyyələşdirməsini xahiş edirəm. Ronald Reyqan bunu etmək istəyirdi, amma onda texnologiya sadəcə bu səviyyədə deyildi. İndi bunu edəcək texnologiyamız var”, – deyə, qeyd edib.

Qerbxeber.com xəbərinə görə, ABŞ Prezidenti Konqresdəki çıxışında bu sistemin İsraildə olduğunu da vurğulayıb.

” Bizdə bu sistem olmalıdır. Çünki biz qorunmaq istəyirik. Biz müdafiə sənayesi bazamızı gücləndirib, vətəndaşlarımızı heç vaxt olmadığı qədər qoruyacağıq. Biz, həmçinin, Amerika gəmiqayırma sənayesini, o cümlədən kommersiya gəmiqayırma və hərbi gəmiqayırma sənayesini dirçəltmək niyyətindəyik”, – deyə Tramp əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər