Dünya

Tramp 12 ölkənin vətəndaşlarına ABŞ-a daxil olmağı qadağan edib

5 iyun / 09:56 1 dəq
Trump Tramp
5 iyun / 09:56
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edən fərman imzalayıb.

Qerbxeber.com xəbər verir ki, sözügedən sənəd Ağ Evin rəsmi saytında dərc olunub.

Tam giriş qadağası Əfqanıstan, Birma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına şamil olunur.

Bundan əlavə, bəzi məhdudiyyətlər isə Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşları üçün tətbiq olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər