Bölgə xəbərləri

Tovuzlu qazi müalicəsi üçün ölkə rəhbərliyindən kömək gözləyir

14 yanvar / 15:08 1 dəq
IMG 20220109
14 yanvar / 15:08
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini, Vətən müharibəsi qazisi Vəli Həsənov ona qarşı biganəlikdən şikayətçidir.

“Qərb Xəbər”ə danışan qazi bildirib ki, Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə güllə yarası alıb. Müalicəsi vaxtlı-vaxtında aparılmadığı üçün hazırda ayağında şişmə və iylənmə gedir, dözülməz ağrılara səbəb olur.

Tovuz Rayon İcra Həkimiyyəti sosial şəbəkələr üzərindən qazilərin müalicəsinə kömək etdiyini açıqlasa da, o, bu köməkdən payını ala bilmədini deyir.

Ölkə rəhbərliyindən və imkanlı şəxslərdən müalicəsinin davam etdirilməsi üçün kömək gözləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər