Bölgə xəbərləri

Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb – Foto

23 may / 10:05 1 dəq
3611e1b4 02ec 30d8 8cf5 de4e98a2f213
23 may / 10:05
Burada sizin reklamınız ola bilər

Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

“Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.

76aa04c7-0c88-3ba3-a67e-b50f79074b50

Paylaş
Burada sizin reklamınız ola bilər