Bölgə xəbərləri

Tovuzdakı Azərbaycan mövqeləri yenidən atəşə tutulub

18 noyabr / 16:35 1 dəq
61b662f8 51bb 3f67 a155 e07e91abdb19 850 (1)
18 noyabr / 16:35
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər