Bölgə xəbərləri

Tovuzda yol tikintisinə vəsait ayrılıb – SƏRƏNCAM

4 mart / 17:28 1 dəq
E35e194a 24b1 4f2c 9a74 a01bd2bfc14d
4 mart / 17:28
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev Tovuz rayonunun Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamla otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 15,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər