Tovuzda yol qəzası olub, 3 nəfər xəsarət alıb
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” ilə “Toyota CAMRY ” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




