Bölgə xəbərləri

Tovuzda yol hərəkəti nişanlarındakı nöqsanlar aradan qaldırılır

29 iyul / 14:47 1 dəq
TOVUZ
29 iyul / 14:47
Burada sizin reklamınız ola bilər

DİN BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi (İLİİ) respublikanın şəhər və rayonlarında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.

“Qərb Xəbər” Baş Dövlət Yol Polisi İdarəsinə istinadən bildirir ki. dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də DYP qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş İdarəyə bilavasitə tabe olan “Siqnal” İLİİ və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.

Qeyd edək ki, görülən tədbirlər Tovuz, Xaçmaz, Şəki, Tərtər, Zərdab rayonlarını əhatə edir.

Paylaş
Burada sizin reklamınız ola bilər