Bölgə xəbərləri

Tovuzda təhsildə tələbə krediti ilə bağlı tədbir keçirilib

27 oktyabr / 10:39 2 dəq
73c7680bc28b2821d52acfdc9bceb6ee
27 oktyabr / 10:39
Burada sizin reklamınız ola bilər

Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində Tovuz rayon İcra Hakimiyyəti, Təhsil Tələbə Krediti Fondu və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil sektorunun birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

“Qərb Xəbər” bildirir ki, tədbirdə Tovuz RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz Təhsil sektorunun müdiri Elmira Mürşüdlü, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov, orta ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri, müəllimlər və buraxılış sinif şagirdlərinin valideynləri iştirak ediblər.

Fondun sədr müavini Bəhruz Əzimov tədbir iştirakçılarına Fondun tələbələr və tələbə olmaq arzusunda olan vətəndaşlarımız üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları barədə ətraflı məlumat verib, iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

Paylaş
Burada sizin reklamınız ola bilər