Bölgə xəbərləri

Tovuzda şəhidlə vida mərasimi keçirilir

21 sentyabr / 15:01 1 dəq
D9587149 5342 393c ae3a ffa4841b752d
21 sentyabr / 15:01
Burada sizin reklamınız ola bilər

Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədovun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndində yerləşən evinə gətirilib.

“Qərb Xəbər”in məlumatına görə, hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon sakinləri iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Paylaş
Burada sizin reklamınız ola bilər