Bölgə xəbərləri

Tovuzda külək “futbolçuların damı”nı uçurub – Şikayətə baxan yoxdur – VİDEO

30 iyul / 12:23 1 dəq
WhatsApp Image 2020 07 29 at 23.38.29
30 iyul / 12:23
Burada sizin reklamınız ola bilər

Tovuz şəhərinin Sadəddin Məmmədov küçəsində “Futbolçuların binası” kimi tanınan binanın damı iyun ayının 20-də yararsız hala düşüb.

“Qərb Xəbər” saytının əldə etdiyi xəbərən görə, binanın damı əsən güclü külək nəticəsində uçub.

Ərazidə iki-üç fəhlə gününü keçirir, problemin aradan qaldırılması istiqamətində heç bir iş görülmür. Etiraz  edən olanda da fəhlələr bu cavabı verirlər: “Biz usta deyil, adi fəhləyik. Biz bacara bilmirik”.

Sakinlərin dediyinə görə, ev-eşikləri pis günə düşüb: “İşsizlikdir, problemi özümüz həll edə bilmirik, əlaqədar qurumlardan da maraqlanan yoxdur”.

Paylaş
Burada sizin reklamınız ola bilər