Bölgə xəbərləri

Tovuzda işıq dirəyi dəmiryolu relsinin üzərinə aşdı

24 may / 10:05 1 dəq
IMG 20200524 WA0004
24 may / 10:05
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda dünən axşam saatlarında işıq dirəyi dəmiryolu relsinin üzərinə aşıb. Buna səbəb güclü küləyin iri gövdəli ağacı işıq dirəyinin üzərinə yıxması olub.

“Qərb Xəbər” saytının məlumatına görə, hadisə Dəmiryolu vağzalının yaxınlığında baş verib. Nəticədə qatarların hərəkətində çətinliklər yaranıb.

Yaranmış problem bir neçə saat ərzində aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb, qatarların hərəkəti bərpa olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər