Bölgə xəbərləri

Tovuzda güclü külək evlərin tikililərini uçurub

19 iyun / 11:32 2 dəq
648f7c564db2a648f7c564db2b1687125078648f7c564db27648f7c564db28
19 iyun / 11:32
Burada sizin reklamınız ola bilər

Tovuzda leysan yağış nəticəsində sel keçib.

Rayonun bəzi kəndlərində evlərin həyətlərinə su dolub, təsərrüfatlara ziyan dəyib.

Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsi sel suları altında qalıb.

Aramsız yağan güclü yağış və külək bir neçə evin yardımçı tikililərini uçurub.

Təbii fəlakət nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Güclü sel ağacları da kökündən çıxarıb.

Kəndlərdəki su arxları da daşıb.

Nəticədə Qaziqulu kəndində bir neçə küçə və kiçikhəcmli körpülər də su altında qalıb. Əhalinin təsərrüfatına da ziyan dəyib. Ev quşları sel altında qalaraq tələf olub. Əksər evlərə, həyətlərə, həmçinin zirzəmilərə də su dolub.: Qeyd edək ki, son günlərdə yağan aramsız yağışlar çaylarda da suyun səviyyəsini artırıb. Hazırda Kür çayının Tovuz rayon ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə edilir.

 

 

648f7c5613614648f7c56136151687125078648f7c5613612648f7c5613613 648f7c561bc82648f7c561bc831687125078648f7c561bc80648f7c561bc81 648f7c56253c2648f7c56253c31687125078648f7c56253c0648f7c56253c1 648f7c5636cea648f7c5636ceb1687125078648f7c5636ce8648f7c5636ce9 648f7c563e3b3648f7c563e3b41687125078648f7c563e3b1648f7c563e3b2 648f7c564db2a648f7c564db2b1687125078648f7c564db27648f7c564db28

 

Paylaş
Burada sizin reklamınız ola bilər