Hadisə

Tovuzda güclü külək bir neçə evin yardımçı tikililərini uçurub – FOTO

19 iyun / 09:16 2 dəq
648f7c5655355648f7c56553561687125078648f7c5655353648f7c5655354
19 iyun / 09:16
Burada sizin reklamınız ola bilər

Tovuzda leysan yağış nəticəsində sel keçib.

“Qərb Xəbər” xəbər verir ki, rayonun bəzi kəndlərində evlərin həyətlərinə su dolub, təsərrüfatlara ziyan dəyib.

Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsi sel suları altında qalıb.

Aramsız yağan güclü yağış və külək bir neçə evin yardımçı tikililərini uçurub.

Təbii fəlakət nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Güclü sel ağacları da kökündən çıxarıb.

Kəndlərdəki su arxları da daşıb.

Nəticədə Qaziqulu kəndində bir neçə küçə və kiçikhəcmli körpülər də su altında qalıb. Əhalinin təsərrüfatına da ziyan dəyib. Ev quşları sel altında qalaraq tələf olub. Əksər evlərə, həyətlərə, həmçinin zirzəmilərə də su dolub.: Qeyd edək ki, son günlərdə yağan aramsız yağışlar çaylarda da suyun səviyyəsini artırıb. Hazırda Kür çayının Tovuz rayon ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə edilir.

648f7c564db2a648f7c564db2b1687125078648f7c564db27648f7c564db28648f7c562e34f648f7c562e3501687125078648f7c562e34c648f7c562e34e648f7c561bc82648f7c561bc831687125078648f7c561bc80648f7c561bc81648f7c5613614648f7c56136151687125078648f7c5613612648f7c5613613

 

Paylaş
Burada sizin reklamınız ola bilər