Tovuzda Gədəbəylilər qəzaya düşdü
Gədəbəy sakinləri Tovuz rayonunda qəzaya düşüblər.
Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, “Chevrolet” markalı avtomobilin maneəyə çırpılması nəticəsində Gədəbəy rayon sakinləri 1968-ci il təvəllüdlü Aslan Süleymanov və onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Kəmalə Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki şəxs yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.




