Tovuz rayonunda erkən nikah və qohumlar arasında nikahla mübarizə mövzusunda təlim keçirilib.
Qerbxeber.com bildiririr ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Tovuz rayonunda keçirilən təlimin mövzusu “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” olub.
Təlimin keçirilməsində məqsəd reproduktiv sağlamlığın qorunması, erkən və qohumlar arasında nikahın yaratdığı fəsadlar və qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsidir.