Bölgə xəbərləri

Tovuzda balıq tutmaq istəyən şəxs batıb

24 dekabr / 10:27 1 dəq
Cd894fd8 35c1 3b66 b002 8499b06a9b76
24 dekabr / 10:27
Burada sizin reklamınız ola bilər

Kür çayında balıq tutmaq istəyən şəxs batıb.

“Qərb Xəbər” bildirir ki, hadisə çayın Tovuz rayonun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədov Kür çayında balıq tutan zaman batıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat verilib. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda onun axtarışları davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər