Bölgə xəbərləri

Tovuzda ata oğlunu zəncirlə ağaca bağlayaraq döyüb

27 iyul / 16:52 1 dəq
Caeff8e7 a751 3adb b392 ab8e072e8e65
27 iyul / 16:52
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda ata oğlunu ağacla döyüb.

Reportun məlumatına görə, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.

Kənd sakini, 2009-cu il təvəllüdlü yeniyetmə atası tərəfindən ağacla döyülərək xəsarət alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Atanın oğlunu zəncirlə ağaca bağlayaraq döyməsinin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər