Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub
Tovuzun İbrahimhacılı kəndində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər – Hüseynov Elçin Elvin oğlu ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.




