Hadisə

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib

10 mart / 08:45 1 dəq
Images (21)
10 mart / 08:45
Burada sizin reklamınız ola bilər

Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qerbxeber.com məlumatına görə hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü 2003 təvəllüdlü Tovuzun Aşağı Quşçu kənd sakini İ. Rüstəmov dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər