Bölgə xəbərləri

Tovuzda açıq hökumət və ictimai nəzarətlə bağlı tədbir keçirilib

19 iyun / 23:20 4 dəq
IMG
19 iyun / 23:20
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi 17 may 2022-ci ildə Tovuz şəhərində “Qərb bölgəsində açıq hökumət təşəbbüsləri və ictimai nəzarət fəaliyyətlərinin  təşviqi” layihisəsi çərçivəsində məlumatlandırma sessiyası həyata keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi   Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi  istiqamətində maarifləndirmələr həyata keçirdi. Məlumatlandırma sessiyasının əsas hədəflərindən biri vətəndaş cəmiyyəti ilə bərabər ictimayyət nümayəndələrini də ictimai nəzarət istiqamətində aktivliyini artırmaqdır. 

Layihə çərçivəsində regionda açıq hökumətin və ictimai nəzarətin  fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, Azərbaycanın qərb regionunda  vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığını gücləndirilməsinə dəstək oluna bilər. Habelə, qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yaradar. 

Rayon sakinlərinin hüquqlarının müdafiəsi yönümündə səylər göstərilməsini, beləliklə açıq hökumətin təşviqi və ictimi nəzarət sahəsində vətəndaş olaraq müəyyən işlər görmələri istiqamətində fikir mübadilələri aparıldı.  

Regionda ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsinə QHT olaraq dəstək ola  olunarsa qərb regionunda ictimai nəzarətin daha da gücləndirilməsinə, şəffaflıq və hesabatlılığın bir qədər də artırılmasına gətirib çıxara bilər. Bu gün ölkədə aparılan siyasətin əsas priortetlərindən biri də budur. Ölkədə devalivasiyanın olduğu bir zamanda ictimai maarifləndirmə, ictimai nəzarətin  təkmilləşdirilməsini vacib amillərdən biri kimi hesab edirik. 

Məlumatlandırma sessiyaları zamanı ekspert iştirakçılara İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində tədqiqatlar və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyələr verildi.

Sessiyalarda qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması haqqında layihə rəhbəri  Fuad Bədəlov və ekspert Məhərrəm Göyüşoğlu geniş məlumatlar verdilər. Təlimdə onu da müəyyən etdik ki, ictimai Şurarda üzvlərinin fəaliyyətinin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilməlidir.  

Paylaş
Burada sizin reklamınız ola bilər