Kateqoriyasız

Tovuzda 2 sinif distant təhsilə keçib

15 aprel / 12:14 1 dəq
8951e3fe b727 351e 9b2e 5ddc61fe3114
15 aprel / 12:14
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda orta məktəbin 2 sinfi distant təhsilə keçib.

Reportun məlumatına görə, buna səbəb məktəbin müəllimlərindən birinin koronavirus pandemiyasına yoluxması olub.

Belə ki, rayonun İsakənd tam orta məktəbində bir müəllimdə COVID-19 testinin cavabları pozitiv olduğu üçün müəllimin dərs dediyi iki sinif bağlanıb. Şagirdlər müvəqqəti olaraq onlayn təhsil alacaqlar.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri məlumatlandırılıb, sinif otaqları xüsusi məhlullarla dezinfeksiya edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər