Bölgə xəbərləri

Tovuzda ər və arvad dəm qazından boğularaq ölüb

27 yanvar / 09:34 1 dəq
63d35f2a2fdac63d35f2a2fdae16747968421d182f6eb8b6c02835da09fc32f8b573
27 yanvar / 09:34
Burada sizin reklamınız ola bilər

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.

“Qərb Xəbər”in əldə etdiyi məlumata görə, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri – 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək keçiniblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər