Bölgə xəbərləri

Tovuz sakini qonşusuna ov tüfəngindən atəş açıb

20 sentyabr / 00:59 1 dəq
A175f108 16c3 4913 ae75 4abdef38300a
20 sentyabr / 00:59
Burada sizin reklamınız ola bilər

Tovuz rayon sakini Ədalət Verdiyi qonşusu Ələsgər Ələsgərovu ov tüfəngindən atəş açaraq yaralayıb.

“Qərb Xəbər” bildirir ki, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1969-cu il təvəllüdlü Ələsgər Ələsgərov qonşusu, 1983-cü il təvəllüdlü Ədalət Verdiyevin evində qonaq olub. Bu zaman Ə.Verdiyev naməlum səbəbdən ov tüfəngindən atəş açıb. Bu zaman güllə onun yaxınlığında olan Ə.Ələsgərovun diz nayihəsinə dəyib. O, xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisənin ehtiyatsızlıqdan törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş
Burada sizin reklamınız ola bilər