Bölgə xəbərləri

Tovuz döyüşlərində şəhid olanların xatirəsi yad edildi

12 iyul / 13:14 1 dəq
157d4fb9 64aa 3364 b71d a24bceb40b70
12 iyul / 13:14
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

“Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ölkənin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb.

 

Paylaş
Burada sizin reklamınız ola bilər