İdman

Thierry Henry: “Qarabağ” sadə, lakin effektiv oynayır

3 oktyabr / 20:10 1 dəq
03
3 oktyabr / 20:10
Burada sizin reklamınız ola bilər

“Qarabağ” çox sadə, lakin son dərəcə effektiv işləyir: sürətli keçidlər və cinahlarda daimi güclü hücumlar.

Qerbxeber.com-in məlumatına görə , bunu CBS Sports-un futbol mütəxəssisi, əfsanəvi fransız futbolçu Tyeri Anri Ağdam klubunun Çempionlar Liqasında “Kopenhagen”lə oyununu şərh edərkən deyib.

“Qarabağ”ı dayandırmaq üçün çox yüksək səviyyəli və böyük resurslara malik komanda olmaq lazımdır. Axı futbol sadə oyundur. Amma ən çətini sadə oynamaqdır. “Qarabağ” isə məhz bunu edir”, – Henri vurğulayıb.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” doğma meydanda “Kopenhagen”i məğlub edib (2:0).

Paylaş
Burada sizin reklamınız ola bilər