Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib
Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.
“Qərb Xəbər” məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, A.Süleymanov 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub.
O, 2013-cü ildən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsində çalışırdı.




