Tbilisiyə səfər edən avropalı siyasətçilər müxalifət təmsilçiləri ilə görüşlər keçirirlər
Tbilisiyə səfər edən avropalı siyasətçilər, xüsusən də Avropa İttifaqına üzv olan bir sıra ölkələrin xarici əlaqələr komitələrinin sədrləri Gürcüstanın müxalifət təmsilçiləri ilə görüşlər keçirirlər.
Qerbxeber.com 24News.ge-ə istinadən xəbər verir ki, onların arasında Almaniya, Polşa, Çexiya, Litva və Estoniyanın xarici əlaqələr komitələrinin sədrləri də var.
Müxalifətçi siyasətçilərin sözlərinə görə, görüşün əsas mövzularından biri “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsi olacaq.
Mayın 13-15-də baş tutacaq səfər zamanı nümayəndə heyəti Gürcüstan hökuməti və vətəndaş cəmiyyəti ilə də görüşəcəklər.
Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Mayın 14-də isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni müzakirə edəcək.




