Tbilisidə silahlı insident: “Niyə gürcü dilini bilmirsən?!”
Gürcüstanın paytaxtı Tbilisinin Marjanişvili rayonunda Bolnisidən olan gəncin kafesinə yaxınlaşan müştəri “Niyə gürcü dilini bilmirsən!?” deyərək mübahisə edib və odlu silah çıxarıb.
Qerbxeber.com bildirir ki,bu barədə Aktual.ge kafe sahibinin məlumatına əsasən xəbər yayıb.
O, qeyd edib ki, hadisə 16:20 radələrində baş verib.
“İki nəfər şəxs obyektimə yaxınlaşaraq əməkdaşımıza etnik zəmində təhqiramiz şəkildə suallar veriblər.
Onlardan biri ‘Marneulidənsənmi, nə üçün gürcü dilini bilmirsən?’ deyə soruşub. Əməkdaşımız isə cavab olaraq bildirib ki, bəli Marneulidənəm, gürcü dilini kifayət qədər bilirəm. Buna cavab olaraq həmin şəxs ‘Sən mənə cavab qaytarırsan?’ deyərək silah çıxarıb.
Hadisə ilə bağlı dərhal polisə məlumat vermişik və hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir” , – deyə kafe sahibi bildirib.




