Dünya

Tbilisidə etiraz aksiyası  27-ci günündə davam edir

24 dekabr / 22:51 1 dəq
Tbilisi numayish
24 dekabr / 22:51
Burada sizin reklamınız ola bilər

Qerbxeber.com Aktual.ge-ə istinadla xəbər verir ki, etirazçılar Tbilisinin mərkəzi Rustaveli Prospektində magistral yolu bağlayıblar.

Hazırda paytaxtın əsas prospektində nəqliyyatın hərəkəti artıq dayandırılıb.

Aksiya iştirakçıları müxtəlif məzmunlu etiraz plakatları, nümayişlər zamanı saxlanılan və döyülən şəxslərin fotolarını əllərində daşıyırlar və əsas tələbləri yeni seçkilərin təyin edilməsi, eləcə də saxlanılanların sərbəst buraxılmasıdır.

Etiraz aksiyası artıq 27-ci gündür ki, davam edir. Gün ərzində Tbilisinin müxtəlif yerlərində etiraz yürüşləri keçirilir, axşam saat 20:00-dən etibarən isə toplaşma yeri Parlamentə bitişik ərazidir.

Paylaş
Burada sizin reklamınız ola bilər