Dünya

Tbilisidə bu gecə vəziyyət qarışdı: Polis aksiyanı dağıtmağa başladı

7 dekabr / 14:18 1 dəq
EMCode 8630d17f50643fc63ca8475409332b9a
7 dekabr / 14:18
Burada sizin reklamınız ola bilər
Son dəqiqə: Tbilisidə Parlament binasının qarşısında davam edən aksiya zamanı Xüsusi Təyinatlılar etirazçıları dağıdıb, hazırda nümayişçilər Respublika meydanına doğru hərəkət edirlər.

Qerbxeber.com  Gürcüstan mediasına istinadən xəbər verir ki, aksiyanı dağıtmaq üçün polis qüvvələri su şırnağından istifadə ediblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Rustaveli prospektində aksiyanı dağıdan zaman bir neçə nəfəri gözaltına alıb.

Hazırda paytaxtda vəziyyət gərgin olaraq qalmaqdadır. Polis vaxtaşırı su şırnağından istifadə edir.

Paylaş
Burada sizin reklamınız ola bilər