Hadisə

Tərtərdə ana övladını şişlə yandırıb

12 fevral / 09:58 1 dəq
Bcf6b5de e571 4fd0 88f3 0aac3186ab95
12 fevral / 09:58
Burada sizin reklamınız ola bilər

Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə yandırıb.

Report-un xəbərinə görə, hadisə rayonun Azadqaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.

O, şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Daha sonra uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər