Təcili: İki azyaşlı erməni yolu azaraq Azərbaycana keçdi
6 iyun 2025-ci il tarixdə saat 01:20 radələrində Ermənistan Respublikasının Sünik (Zəngəzur-red.) rayonunun Teq icmasının sakinləri 2007-ci il təvəllüdlü Karen Armen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Armen Qyaqunts yolu azaraq sərhədin Azərbaycan tərəfinə keçiblər.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Yeniyetmələrin Dığ kəndi ərazisində mal-qara otararkən itkin düşdüyü bildirilir. Məlumata görə, onların Azərbaycana tərəfə keçdiyi müəyyən olunub.
Ermənistan MTX onların qaytarılması üçün lazımı tədbirlərin görüldüyünü bildirilir.
***
Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.




