Xəbər

TƏBİB-ə yeni səlahiyyət verilib

10 avqust / 16:43 1 dəq
64d4d9e8f233964d4d9e8f233a169167101696d18a114ff6b3767220c4030c610aa4
10 avqust / 16:43
Burada sizin reklamınız ola bilər

Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydasına dəyişiklik edilib.

“Qərb Xəbər” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yeni səlahiyyət verilib.

Əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunacaqlar.

Əvvəl bu səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində idi.

Paylaş
Burada sizin reklamınız ola bilər