Kateqoriyasız

Təbiətin bizə yazdığı resept — YAY!- ELNUR NEMƏTOVun yazısı

11 iyul / 00:25 2 dəq
Elnur123
11 iyul / 00:25
Burada sizin reklamınız ola bilər
Yay — təkcə istirahət və günəşli günlər demək deyil, o həm də bədəni təmizləmək, yüngülləşmək və özünü yeniləmək üçün ən ideal fəsildir.
Niyə?
Çünki yayda iştahamız azaldığı üçün, çox yemək istəyinə qalib gəlmək üçün əlverişli şərait yaranır.
Təbii olaraq, yüngül yeməklərə üstünlük veririk və bol su içirik. Bu da öz növbəsində metabolizmi sürətləndirir, bədəndəki yağların yanma prosesini aktivləşdirir.
Həmçinin, mövsümi meyvə və tərəvəzlə zəngin masalarımız həm doyurucu, həm az kalorili, həm də vitaminlərlə zəngindir. Bu da sağlam arıqlamaq üçün ən dadlı fürsətlərdən biridir.
Əlavə olaraq, yayda daha çox hərəkət etmək imkanı yaranır.
Məsələn: gəzinti, üzgüçülük, səhər qaçışı, açıq havada idman – yəni demək olar ki, bütün günü çöldə, bayırdayıq.
Bir sözlə: yay fəallığı!
Düşünün: təkcə 30–40 dəqiqəlik gündəlik yürüş, ayda 3–4 kq-a qədər çəki azalması ilə nəticələnə bilər.
Ən əsası isə “günəş vannası” dediyimiz anlayışdır. Bildiyimiz kimi, təbii D vitamini yayda daha çox sintez olunur. Bu isə həm əhvalı yüksəldir, həm də özünəinamı artırır.
Məhz buna görə də, yay aylarında başlanılan sağlam çəki azaldılması həm effektiv, həm də qalıcı nəticələr verir — çünki bu proses bədənə və beyinə təbii şəkildə uyğunlaşır.
Tövsiyəm:
Əgər arıqlamaq niyyətiniz varsa, yay fürsətini qaçırmayın.
Dəyişmək üçün ən güclü psixoloji baza məhz yayda formalaşır.
Indi qərar verin – bu yay sizin olsun!
Paylaş
Burada sizin reklamınız ola bilər