Hadisə

Sürücülərin tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələr azaldılır

28 iyun / 12:33 2 dəq
667db13768c15667db13768c161719513399667db13768c13667db13768c14
28 iyun / 12:33
Burada sizin reklamınız ola bilər

Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələr azaldılır.

Qerbxeber.com bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, bu cərimələr vəzifəli şəxslər üçün beş yüz manatdan səkkiz yüz manatadək məbləğdədir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər