Sürücülər Tovuzda istifadəyə verilən avtomobil keçidindən narazıdır – Video
Tovuzda yeni istifadəyə verilən avtomobil keçidi qəza şəraitinə və tıxacların yaranmasına səbəb olur.
“Qərb Xəbər” bildirir ki, yeni istifadəyə verilən Tovuz avtomobil keçidi ilə bağlı sürücüləri qane etməyən məqamlar var.
Sürücülərin qeyd etdiyinə görə keçidin işıqlarının yanmaması yol qəzalarının yaranması qəzaya gətirib çıxara bilər. Həmçinin, yol nışanlarının da işıqforun qarşısını kəsməsi sürücülərə ciddi çətinlik yaradır.
Qeyd edək ki, keçidin eni 8 metr, ümumi uzunluğu 420 metrdir.




