Dünya

Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb

13 mart / 09:17 1 dəq
67d25391231f067d25391231f1174183720167d25391231ee67d25391231ef
13 mart / 09:17
Burada sizin reklamınız ola bilər

Suriyada dövlət başçısının sədrliyi ilə fəaliyyət göstərəcək və ölkədə təhlükəsizlik və atılacaq siyasi addımların koordinasiyasından cavabdeh olacaq Milli Təhlükəsizlik Şurası qurulub.

Qerbxeber.com xəbər verir ki, bu haqda Suriya Prezident Administrasiyası məlumat yayıb.

Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin rəhbəri, həmçinin prezident tərəfindən təyin olunacaq 2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq.

Şuranın iclası prezidentin dəvəti ilə mütəmadi olaraq və zərurət yarandığı zaman keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər