İqtisadiyyat

Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam yolunun yenidən qurulmasına 4,5 mln. manat ayrılıb

29 noyabr / 14:32 1 dəq
1658472565 ilham eliyev
29 noyabr / 14:32
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 “Qərb Xəbər” verir ki, Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər