Mədəniyyət

Sumqayıtda ümumşəhər rəqs müsabiqəsinə yekun vurulub

25 may / 15:30 2 dəq
1558776653563747804 367x266
25 may / 15:30
Burada sizin reklamınız ola bilər

Sumqayıtın 70 illiyinə həsr olunan tədbirlər çərçivəsində ümumşəhər rəqs müsabiqəsinin yekun turu keçirilib. Müsabiqə Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilib.

“28 May” mədəniyyət evində keçirilən müsabiqəyə C.Cabbarlı adına mədəniyyət evinin “Turan”, “Dostluq” mədəniyyət evinin “Şahinlər”, Bülbül adına uşaq incəsənət məktəbinin “Ümid”, S. Rüstəmov adına Uşaq İncəsənət məktəbinin “Gənc şahinlər”, Sumqayıt şəhər Gənclər və Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri və “Alleqro” rəqs qrupu qatılıblar.

Azərbaycan və dünya xalqlarının rəqslərini məharətlə ifa edən rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xoreoqraflar Məmməd Mehdiyev, Məcid Quliyev, İbad Feyzullayevdən ibarət münsiflər heyətinin qərarına əsasən C. Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs qrupu I yerə, “Dostluq” mədəniyyət evinin “Şahinlər” rəqs qrupu II yerə, Sumqayıt şəhər Gənclər və Yaradıcılıq Mərkəzinin rəqs kollektivi III yerə layiq görülüblər.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər