Dünya

Stoltenberq: “Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq”

19 aprel / 09:28 1 dəq
D5232e55 a5ad 4791 8cba 823f8e212b70
19 aprel / 09:28
Burada sizin reklamınız ola bilər

Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq.

“Qərb Xəbər” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən illik silahlanmaya nəzarət konfransında deyib.

“Uzunmüddətli perspektivdə biz öz yanaşmamızı yenidən düşünməli və daha təhlükəli və rəqabətli dünyaya uyğunlaşdırmalıyıq. Bura 2035-ci ilə qədər 1500 döyüş başlığına sahib olacağı gözlənilən Çinlə əlaqə də daxildir”, – Stoltenberq bildirib.

O qeyd edib ki, Çin Xalq Respublikası qlobal güc olmaqla qlobal məsuliyyət daşıyır və o, silahlara nəzarət sazişlərində şəffaflığın və təhlükəsizliyin artırılmasından faydalanır.

Paylaş
Burada sizin reklamınız ola bilər